12 avqust 2026 18:48
122

Mərkəzi Bankda kapital bazarının inkişafı üzrə müzakirələr aparılıb

Azərbaycan Mərkəzi Bankının sədr müavini Əli Əhmədov Azərbaycan Kapital Bazarları Assosiasiyası (AKBA), Bakı Fond Birjası (BFB), Milli Depozit Mərkəzi (MDM) və ölkədə fəaliyyət göstərən investisiya şirkətlərinin rəhbərləri ilə görüşüb.

"İki sahil" bu barədə AMB-yə istinadən xəbər verir.

Görüşdə 2026-cı ilin ikinci rübü üzrə kapital bazarlarının inkişaf dinamikası, investisiya şirkətlərinin fəaliyyət nəticələri, eləcə də sektorda müşahidə olunan əsas tendensiyalar və perspektivlər müzakirə edilib. Bununla yanaşı, “2024–2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası” çərçivəsində cari ildə kapital bazarının inkişafı üzrə görülmüş işlər nəzərdən keçirilib.

Görüşdə həmçinin kapital bazarı üzrə əsas çağırışlar, o cümlədən real sektor təmsilçilərinin bazarda aktiv iştirakının təşviqi, sektorun rəqəmsallaşma səviyyəsinin yüksəldilməsi və maliyyə savadlılığının artırılmasına yönəlmiş təşəbbüslər ətrafında fikir mübadiləsi aparılıb.