Ələt-Astara yolunda ağır yol qəzası baş verib.
Hadisə yolun Cəlilabad rayonundan keçən hissəsində qeydə alınıb.
İlkin məlumata görə, hadisə zamanı "VAZ 2106", "VAZ 2107" və mikroavtobus toqquşub.
Qəza nəticəsində 3 nəfər yaralanıb.
TƏBİB-dən bildirilib ki, xəsarət alan 3 nəfər (2 qadın, 1 kişi) Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinə yerləşdirilib. Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travmaları diaqnozu qoyulub, vəziyyətləri stabil qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
"Report"