13 avqust 2026 11:10
84

Mərkəzi Bankın strateji addımları reytinq agentliyinin diqqət mərkəzində: Yeni mərhələ başlayır

“Fitch Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycan Mərkəzi Bankının bankların Bazel III standartlarına uyğunlaşması ilə bağlı tənzimləyici islahatlarını müsbət qiymətləndirib.

“İki sahil” xəbər verir ki, agentliyin 11 avqust 2026-cı il tarixli qiymətləndirməsində müvafiq tədbirlərin bankların dayanıqlığını gücləndirəcəyi bildirilir.

“Fitch” qeyd edir ki, Mərkəzi Bankın “2024–2026-cı illərdə maliyyə sektorunun İnkişaf Strategiyası”nda yer almış bankların kapital tələbləri tənzimləmə yanaşmalarını beynəlxalq standartlara daha da yaxınlaşdırır. Yeni tələblərə uyğunluğun 2027-ci ilin yanvar ayından etibarən təmin edilməsi nəzərdə tutulur.

Agentlik sistem əhəmiyyətli banklar üzrə kapital tələblərinin (əlavə 1-4% kapital buferi) diferensial şəkildə müəyyənləşdirilməsini, bütövlükdə, bank sisteminin sabitliyini müsbət amil kimi qiymətləndirir.

Dəyişikliklər, eyni zamanda, bankların mümkün itkiləri qarşılamaq potensialını gücləndirən I dərəcəli kapital (AT1) alətlərinin tənzimləyici çərçivəyə daxil edilməsini ehtiva edir. Bununla yanaşı, kapitalın keyfiyyətinə dair tələblər beynəlxalq standartlara daha da uyğunlaşmanın təmin edilməsinə xidmət edir.