13 avqust 2026 12:50
62

Fırıldaqçılar “Odisseya” filminin premyerası ətrafındakı ajiotajdan rusdilli istifadəçiləri aldatmaq üçün istifadə edirlər

 

Onlar pul və istifadəçi məlumatlarını oğurlamaq üçün müxtəlif dillərdə fırıldaqçılıq veb-saytları yaradırlar.

Kristofer Nolanın "Odisseya" filmi bu ilin ən çox müzakirə olunan və gözlənilən dünya premyeralarından biri kimi diqqət mərkəzindədir. Kaspersky mütəxəssisləri izləyicilərə filmi ilk izləyənlərdən olmaq imkanı verəcəyinə söz verən bir sıra saxta veb-saytlar aşkar ediblər. Fırıldaqçılar pul və istifadəçi məlumatlarını oğurlamaq üçün müxtəlif dillərdə fırıldaqçı veb-saytlar yaratmaqla filmə olan maraqdan sui-istifadə edirlər.

Rusdilli istifadəçilər üçün tələ

Epik poemanın film adaptasiyası hazırda bir neçə ölkə kinoteatrlarında nümayiş olunsa da, fırıldaqçılar artıq filmin rusdilli istifadəçilər arasında populyarlığından istifadə etməyə çalışırlar. Kaspersky mütəxəssisləri rusdilli auditoriyanı hədəf alan iki fırıldaqçılıq sxemi aşkar ediblər.

Birinci sxemdə fırıldaqçılar yeni "Odisseya"nı kiçik bir ödəniş müqabilində izləməyi təklif edən saxta veb-saytlar yaradırlar. Məsələn, saytlardan biri 12 rubla abunəlik təklif edir. Bank kartının məlumatları daxil edilərsə, əvvəlcə qeyd olunan məbləğ tutulur, lakin sonradan fırıldaqçılarhissə-hissə kartdakı bütün vəsaiti çıxarmağa çalışırlar.

İkinci sxemdə isə istifadəçilərdən filmə daxil olmaq üçün “Telegram” botu vasitəsilə xüsusi kod əldə etmələri xahiş olunur – bu yolla fırıldaqçılar qurbanın fəaliyyətini müəyyən edirlər. Fişinq saytında kodu daxil etdikdən sonra istifadəçi avtomatik olaraq üçüncü tərəf fırıldaqçı resurslarına yönləndirilir və burada pul itirmək riski ilə üzləşir. Bundan əlavə, bu cür saytlar hücumçulara süni şəkildə trafiki artırmağa və tərəfdaş proqramları vasitəsilə gəlir əldə etməyə imkan verir.

Müxtəlif ölkələrdə saxtakarlıq sxemləri

Fırıldaqçılar müxtəlif dillərdə dublyaj edilmiş filmlər təklif edən veb-saytlar yaradırlar. Bu saytlarda adətən filmi artıq izlədiyini iddia edən istifadəçilərdən saxta rəylər və reytinqlər təqdim olunur. Lakin, "Odisseya"nı izləməyəçalışarkən saxta video pleyer və istifadəçidən veb-saytdaqeydiyyatdan keçməyi tələb edən pəncərə peyda olur. Fırıldaqçıların iddiasına görə, bu, məzmunun kilidini açmaq və "filmi pulsuz izləməyə davam etmək" üçün lazımdır.

Qeydiyyat zamanı istifadəçilərdən ad, soyad və elektron poçt ünvanı da daxil olmaqla, şəxsi məlumatları təqdim etmələri istənilir. Daha sonra veb-sayt "pulsuz sınaq"seçimini aktivləşdirmək adı altında şifrə və kredit kartı məlumatlarını tələb edir. Bu, istifadəçinin məlumatlarınınvə vəsaitlərinin oğurlanmasına səbəb ola bilər, xüsusən dəəgər istifadəçi eyni şifrəni birdən çox xidmətdə istifadə edirsə. İstifadəçiləri daha da inandırmaq üçün fırıldaqçılar birdən çox cihazda məzmuna limitsiz giriş vəd edir və qeydiyyatın yalnız bir dəqiqə çəkəcəyini iddia edirlər.

"Kibercinayətkarlar ənənəvi olaraq böyük film premyeralarına olan yüksək marağı fırıldaqçılıq üçün yemkimi istifadə edirlər. Bir film böyük ajiotaj yaratdıqda istifadəçilər ilk izləyənlərdən olmaq üçün tanımadıqları bir linkə klikləməyə və ya "simvolik" abunəliyə yazılmağa daha çox meyl edirlər. Bu cür sxemlər məhz belə qurulur. Yalnız rəsmi yayım xidmətlərindən və kinoteatrlardan istifadə etməyi, şəxsi və ya ödəniş məlumatlarını daxil etməzdən əvvəl veb-sayt ünvanını diqqətlə yoxlamağı və rəsmi yayımdan əvvəl filmə eksklüziv giriş vədlərinin əksər hallarda fırıldaqçılıq olduğunu xatırlamağı tövsiyə edirik", - deyə Kaspersky-nin Azərbaycandakı rəsmi nümayəndəsi Müşviq Məmmədov bildirib.

Saxtakarlığın qurbanı olmamaq üçün Kaspersky mütəxəssisləri aşağıdakıları tövsiyə edir:

• Şəxsi məlumatları daxil etməzdən əvvəl veb-saytların orijinallığını yoxlayın, düzgün URL və resurs adına diqqət yetirin;

• Filmlərin və serialların rəsmi yayım tarixlərini izləyin və bundan əvvəl onları izləməyi təklif edən şübhəli veb-saytlara etibar etməkdən çəkinin;

• İstifadə olunan bütün cihazlarda effektivliyi müstəqil sınaqlarla təsdiqlənmiş etibarlı təhlükəsizlik həlliquraşdırın. Getdikcə daha da mürəkkəbləşən fişinq təhdidlərinə qarşı hərtərəfli qorunma təmin etmək üçün Kaspersky süni intellekt texnologiyalarından istifadə də daxil olmaqla, fərdi istifadəçilər üçün həllərinin imkanlarını fəal şəkildə genişləndirir. 2025-ci ildə “Kaspersky Premium” həlli bir daha müstəqil “AV-Comparatives” laboratoriyası tərəfindən aparılmış anti-fişinq sınaqlarının nəticələrinə əsasən illik “Approved” sertifikatı əldə edib;

• Mümkün olduqda, xüsusən də maliyyə tətbiqləri başda olmaqla, bütün xidmətlərdə çoxfaktorlu autentifikasiyanı aktivləşdirin.