Ötən gün Ağsu rayonunun Ərəbmehdibəyli, Cəlilabadın Alar, Sabirabadın Nərimankənd və Saatlının Qaracalar kəndlərinin ərazilərində yanğın hadisələri törədən şəxslər polis əməkdaşları tərəfindən müəyyən ediliblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "İki sahil"ə bildirilib ki, araşdırmalar nəticəsində yanğının həmin rayonların sakinləri – H. Məmmədov, F. Fərəcov, M. Əzizov, S. Şahəliyev və R. Mecdinov tərəfindən törədildiyi məlum olub.
Yanğın hadisələri nəticəsində ümumilikdə 2 hektara yaxın sahədə biçilmiş əkin sahəsi və kol-kos yanıb.
Həmin şəxslər barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb.
Qarabağ Universitetində tələbə həyatı: Məqsədimiz yalnız ixtisaslı mütəxəssis deyil, hərtərəfli şəxsiyyət yetişdirməkdir
Gələcəyin məzunu yalnız iş axtaran deyil, dəyişiklikləri qabaqlayan mütəxəssis olmalıdır - Şahin Bayramov