Günəş, günəbaxanlar və kino nostaljisi bir klipdə
Fərqli və maraqlı layihələri ilə diqqət çəkən istedadlı bəstəkar-müğənni SİVVA yeni “MƏN GÜNƏŞƏM” adlı mahnısına çəkdirdiyi klipini təqdim edib. Klipin çəkiliş məkanı olaraq İsmayıllı rayonunun İvanovka qəsəbəsindəki günəbaxan sahələri seçilib. Mahnının enerjisi, pozitiv ruhu və klipdəki günəbaxanlar əsl yay atmosferini hiss etdirir.
“İki sahil” xəbər verir ki, klipdə məşhur “Bəyin oğurlanması” filmindəki traktorçu və kəndə gələn qızların epizodundan istifadə olunub. Tanış kino kadrlarının müasir musiqi klipinə daxil edilməsi layihəyə həm nostalji, həm də fərqli yaradıcı məna qazandırıb. Klipdə isə traktorçu obrazında SİVVA nın həyat yoldaşı, aparıcı və KƏND ADAMI vloglarının müəllifi Ruslan Zeynal rol alıb.
Sponsor “Prior Leasing” tərəfindən təqdim olunan “New Holland” traktorla günəbaxan sahəsindəki gəzintilər, həmçinin SİVVA və KƏNDA ADAMI nın maraqlı tandemi klipdə rəngarəng və dinamik atmosfer yaradıb.
“MƏN GÜNƏŞƏM” ekran işinin rejissoru Röyal Səfərov (Eresmoon), qrim üzrə rəssam Şəhla Qasımovadır. Geyimlər və stil Hüseyn İrzayevə məxsusdur.