13 avqust 2026 17:37
55

Expressbank eyni gündə 2 filial açıb

 

Expressbank xidmətlərini müştərilərinə daha yaxın etməkməqsədilə filiallarının sayını 18-ə çatdırıb. Bakının Bakıxanovvə Həzi Aslanov ərazilərində Bankın iki yeni filialı eyni gündəfəaliyyətə başlayıb.

Belə ki, Bankın rəhbər heyətinin və müştərilərinin iştirakı ilə ilk növbədə Bakıxanov, daha sonra Həzi Aslanov filiallarının açılışıbaş tutub.

Açılış mərasimi Expressbankın İdarə Heyətinin sədri Mehman Məmmədovun nitqi ilə başlayıb. O, öz çıxışında Expressbankınfəaliyyətində müştəri məmnuniyyətinin və xidmət keyfiyyətininyüksək səviyyədə qorunmasının əsas prinsiplərdən biri olduğunuvurğulayıb. Yeni filialların istifadəyə verilməsinin də buyanaşmanın davamı olduğunu qeyd edib.

Daha sonra qonaqlar filialın xidmət zonaları ilə tanış olub, burada təqdim olunan bank xidmətləri barədə məlumat alıblar. Filialların ilk müştəriləri Bank əməkdaşları tərəfindən xüsusihədiyyələrlə qarşılanıblar.

Müasir konsepsiya əsasında qurulan yeni filiallarda hesablaşma-kassa əməliyyatları, hesab açılması, müxtəlif növ kredit vədepozit məhsulları, kart xidmətləri, pul köçürmələri, valyutamübadiləsi və digər bank xidmətləri təqdim olunur. 

Bununla yanaşı, yeni xidmət məntəqələrində Kiçik və OrtaBiznes subyektləri və mikro sahibkarlara geniş xidmət heyətitərəfindən maliyyələşmə imkanları və gündəlik biznesehtiyaclarına uyğun bank məhsulları üzrə operativ xidmətgöstərilir. 

Bankın yeni açılan Həzi Aslanov Filialı Xətai rayonu, Məhəmməd Hadi küçəsi 64, Bakıxanov Filialı isə Sabunçurayonu, Ülvi Rəcəbli küçəsi 47 ünvanında yerləşir.

Expressbank xidmət şəbəkəsinin genişləndirilməsini rahat vəəlçatan bank həllərinin tətbiqi və müştəri təcrübəsinintəkmilləşdirilməsi istiqamətində fəaliyyətinin əsasistiqamətlərindən biri kimi davam etdirəcək. Hazırda Bank Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Bərdə, Şirvan, Qusar, Xaçmaz və Lənkəranda müasir konsepsiyalı filialları iləmüştərilərinə xidmət göstərir.

“Expressbank” ASC ARMB tərəfindən 30 dekabr 1992-ci il tarixində verilmiş №119 lisenziya əsasında fəaliyyət göstərir. Ünvan: Bakı şəh., Y.V.Çəmənzəminli küç., 134C.