14 avqust 2026 21:12
111

U-17 Liqa və Gənclər Liqasında yeni mövsümün püşkü atılıb (fotolar)

AFFA-nın bayrağı altında təşkil edilən Gənclər Liqası və U-17 Liqada 2026/2027-ci illər mövsümünün püşkü atılıb. Püşkatma mərasimi AFFA-nın inzibati binasında keçirilib.

“İki sahil” xəbər verir ki, hər iki liqa 14 komandanın iştirakı ilə keçiriləcək. Komandalar A və B qruplarına bölünüblər. Hər qrupda 7 komanda mübarizə aparacaq.

Liqalarda I turun oyunları avqustun 22-23-də keçiriləcək.

Gənclər Liqasında I turun təqvimi

A qrupu

“Qəbələ” – “Sumqayıt”

“Sabah” – “Qarabağ”

“Zirə” – “Araz-Naxçıvan”

Qeyd: “Neftçi” turu buraxacaq.

B qrupu

“Şəfa” – “Dinamo” (Bakı)

“Turan Tovuz” – “İmişli”

“Şamaxı” – “Lion”

Qeyd: “Kəpəz” turu buraxacaq.

U-17 Liqada I turun təqvimi

A qrupu

“Sabah” – “Qarabağ”

“Zirə” – “Qəbələ”

“Sumqayıt” – “Turan Tovuz”

Qeyd: “Neftçi” turu buraxacaq.

B qrupu

“Şəfa” – “Dinamo” (Bakı)

“Şamaxı” – “İmişli”

“Araz-Naxçıvan” – “Kəpəz”

Qeyd: EFA turu buraxacaq.