Misli Premyer Liqasında 2026/27 mövsümü “Turan Tovuz” – “Qəbələ” yarışı ilə start götürüb.
“İki sahil” yazır ki, qarşılaşmada yeganə qolu 36-cı dəqiqədə “Turan Tovuz”un futbolçusu Enrike Silva vurub.
Bununla da Tovuz təmsilçisi mövsümə qələbə ilə başlayıb.
Misli Premyer Liqası
1-ci tur
14 avqust
19:30. “Turan Tovuz” 1–0 “Qəbələ”
Qol: Enrike Silva, 36
Hakimlər: Tural Qurbanov, Cəmil Quliyev, Asiman Əzizli, Emin Əliyev.
VAR: Elçin Məsiyev.
AVAR: Gülnurə Əkbərzadə.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
Tovuz şəhər stadionu.
Məhərrəm Ağalaroğlu, “İki sahil”