Böyükşor gölünün müəyyən hissəsinin yaşıl rəngə boyanmasının səbəbi araşdırılır.
“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətindən məlumat verilib.
Bildirilib ki, avqustun 14-də Xidmətin əməkdaşları tərəfindən aparılan müşahidələr zamanı Böyükşor gölünün müəyyən hissəsinin yaşıl rəngdə olduğu müəyyən edilib.
İlkin müşahidələrə əsasən, yaşıl rəngli kütlənin daşların səthinə yapışması, selikli və yığıntı formasında müşahidə olunması, eləcə də müxtəlif yaşıl çalarlara malik olması prosesin yosunlarda gedən fotosintez nəticəsində baş verməsi ehtimalını gücləndirir.
Qeyd olunub ki, avqust ayı su hövzələrində fotosintetik orqanizmlərin, o cümlədən bəzi yosun və sianobakteriyaların inkişafı üçün əlverişli şəraitin yarana bildiyi dövrdür. Suyun temperaturunun yüksək olması, günəş işığının intensivliyi, həmçinin su mühitində azot və fosfor kimi qida maddələrinin mövcudluğu belə orqanizmlərin sürətli inkişafına və lokal yığıntıların yaranmasına şərait yarada bilər.
Bu baxımdan, müşahidə olunan yaşıl kütlənin mövsümi və təbii bioloji proseslərlə əlaqəli olması ehtimal edilir.
Bununla belə, prosesin dəqiq mənşəyinin, tərkibinin və fiziki-kimyəvi göstəricilərinin müəyyən edilməsi məqsədilə Xidmətin tabeliyində fəaliyyət göstərən Mərkəzi Laboratoriyanın əməkdaşları tərəfindən nümunələr götürülüb.
Hazırda nümunələr üzərində müvafiq laborator analizlər aparılır.
Analizlərin nəticələrindən asılı olaraq müvafiq tədbirlərin görülməsi təmin ediləcək.
FHN: Hövsanda qeyri-çimərlik ərazisində batma təhlükəsi ilə üzləşən 1 nəfər xilas olunub
Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə FHN-ə məlumat daxil olmayıb
Peşə təhsili müəssisələrinə tələbə qəbulunun I mərhələsinin cavabları açıqlanıb