15 avqust 2026 13:13
116

"Neftçi" ABŞ-dən olan basketbolçu Cerod Robinsonu heyətinə qatıb

"Neftçi" basketbol komandası heyətinə yeni oyunçu qatıb.

“İki sahil” xəbər verir ki, bu barədə paytaxt təmsilçisi məlumat yayıb.

"Ağ-qaralar" ABŞ-dən olan müdafiəçi Cerod Robinson ilə müqavilə imzalayıb. 25 yaşlı basketbolçu cari mövsümün sonunadək "Neftçi"nin formasını geyinəcək.

Xatırladaq ki, Cerod Robinson ABŞ-nin tələbə liqasında (NCAA Division II) təmsil olunan "Shepherd University Rams" komandasının heyətində çıxış edib.