15 avqust 2026 14:10
94

İmişlidə 10 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb

İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə narkotiklərin qanunsuz döviyyəsini təşkil etməkdə şübhəli bilinən 40 yaşlı X.Nurməmmədova saxlanılıb.

“İki sahil” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, ondan 10 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.