15 avqust 2026 18:19
134

İlham Zəkiyev 10-cu dəfə Avropa çempionu olub - YENİLƏNİB

Almaniyanın Heydelberq şəhərində keçirilən paracüdo üzrə Avropa çempionatında Azərbaycan paracüdoçusu İlham Zəkiyev (J1, +95 kq) qızıl medal qazanıb.

“İki sahil” xəbər verir ki, yarışda yarımfinal mərhələsində Böyük Britaniyanı təmsil edən Daniel English ilə qarşılaşan İlham Zəkiyev rəqibinə ipponla qalib gələrək finala yüksəlib.

Final görüşündə isə ispaniyalı Qarros Suarez üzərində ipponla qələbə qazanan idmançı Avropa çempionu tituluna sahib olub.

Bu nəticə ilə İlham Zəkiyev karyerasında 10-cu dəfə Avropa çempionu adını qazanıb.

Qeyd edək ki, qitə çempionatında daha əvvəl Saleh Sultanov (J1, 81 kq) və Dürsədəf Kərimova (J2, +70 kq) bürünc medal qazanıblar.

***

Azərbaycan paracüdoçusu İlham Zəkiyev Almaniyada keçiriləcək Avropa çempionatında finala yüksəlib.

“İki sahil” xəbər verir ki, bu haqda Milli Paralimpiya Komitəsi məlumat yayıb.

O, (J1, +95 kq) yarımfinalda Böyük Britaniyanı təmsil edən Daniel Enqlişə qalib gəlib. 

Xatırladaq ki, ötən gün Saleh Sultanov (J1, 81 kq) yarışda bürünc medal qazanıb.