15 avqust 2026 17:17
72

DİN: Abşeronda yarımtikilidən və avtomobildən oğurluq edən şəxs saxlanılıb

Abşeronda yarımtikilidən və avtomobildən oğurluq edən şəxs saxlanılıb.

“İki sahil” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Abşeron rayonu ərazisində yerləşən 4 yarımtikilidən 2000 manat dəyərində elektrik naqili, məişət əşyaları, 1 avtomobildən isə səsgücləndirici və digər avadanlıqlar oğurlanıb.

"Polis əməkdaşlarının həyata keçirdiyi tədbirlərlə qeyd olunan əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 38 yaşlı C.Abbasov saxlanılıb. Araşdırmalarla onun oğurladığı avadanlıqları satdığı müəyyən edilib.

Faktlarla bağlı araşdırmalar aparılır", - deyə məlumatda qeyd olunub.