15 avqust 2026 20:09
74

Gürcüstandan Azərbaycana diri mal-qara ixracı 4,1 milyon dolları ötüb

Gürcüstandan Azərbaycana diri mal-qara ixracının həcmi 2026-cı ilin ilk yarısında 4 milyon dolları ötüb.

“İki sahil” xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika Xidmətinin məlumatında qeyd edilib.

Belə ki, cari ilin yanvar-iyun aylarında ölkədən ümumilikdə 25,746 milyon dollar dəyərində diri mal-qara ixrac edilib. Bu, son üç ilin ən yüksək göstəricisidir. Müqayisə üçün, 2025-ci ilin ilk 6 ayında ixrac 23,050 milyon dollar, 2024-cü ildə 13,868 milyon dollar təşkil edib.

İxracın əsas istiqaməti isə İraq və Azərbaycan olub. Hesabat dövründə Gürcüstandan İraqa 21,289 milyon dollar, Azərbaycana 4,147 milyon dollar, Özbəkistana 310,4 min dollar dəyərində diri mal-qara ixrac olunub.

Beləliklə, Azərbaycan Gürcüstanın diri mal-qara ixracında ikinci əsas bazar olaraq qərarlaşıb.