Misli Premyer Liqasının 2026/27 mövsümünün ilk turu çərçivəsində “Araz-Naxçıvan” “İmişli” ilə qarşılaşıb.
“İki sahil”in məlumatına görə, Qəbələ şəhər stadionunda baş tutan yarış qolsuz bərabərliklə başa çatıb.
Qeyd edək ki, dünən start verilən ilk turun digər oyunları avqustun 16-17-də keçiriləcək.
Misli Premyer Liqası
I tur
15 avqust
18:30. “Araz-Naxçıvan” 0-0 “İmişli”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Ruslan Quliyev
VAR: Nicat İsmayıllı
AVAR: Tərlan Talıbzadə
Qəbələ şəhər stadionu
Məhərrəm Ağalaroğlu, “İki sahil”