Paytaxtın Qaradağ rayonu ərazisində Kənar Dairəvi yolda yol-nəqliyyat hadisəsi baş verib.
“İki sahil” xəbər verir ki, Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən verilən məlumata görə, qəza səbəbindən Bakı-Sumqayıt şosesi istiqamətində nəqliyyat sıxlığı yaranıb.
Hazırda polis əməkdaşları tərəfindən sıxlığın aradan qaldırılması istiqamətində tədbirlər görülür.