Bu gün Misli Premyer Liqasında ilk tura yekun vurulub.
“İki sahil”in məlumatına görə, son oyun günündə "Qarabağ" Tofiq Bəhramov adına Respublika stadionunda "Şamaxı"nı sınağa çəkib.
Saat 19:30-da başlayan qarşılaşmanın 28-ci dəqiqəsində Renaldo Sefas hesabı açıb. 43-cü dəqiqədə “Şamaxı”nın futbolçusu Edqar Adilxanov bərabərlik qolunu vursa da 59-cu dəqiqədə Apolinario topu öz qapısından keçirərək “Qarabağ”ı yenidən hesabda önə çıxarıb.
Yarışda son qolu 85-ci dəqiqədə Aleksey Kaşuk vurub - 3-1
Misli Premyer Liqası,
1-ci tur
17 avqust
19:30. “Qarabağ” 3–1 “Şamaxı”
Qol: Renaldo Sefas, 28 (1-0), Edqar Adilxanov, 43 (1-1), Apolinario, 59-avtoqol (2-1), Aleksey Kaşuk, 85 (3-1)
Hakimlər: Rəvan Həmzəzadə, Teymur Teymurov, Şirmamed Mamedov, Cavid Cəlilov
VAR: İnqilab Məmmədov
AVAR: Kərim Zeynalov
Tofiq Bəhramov adına Respublika Stadionu
Turun digər nəticələri
“Turan Tovuz” 1-0 “Qəbələ”
“Araz-Naxçıvan” 0-0 “İmişli”
“Sabah” 2-0 “Kəpəz”
“Sumqayıt” 1-3 “Neftçi”
“Zirə” 2-0 “Şəfa”
Məhərrəm Ağalaroğlu, “İki sahil”