18 avqust 2026 10:28
97

Jurnalist Ədalət Mədətoğlu vəfat edib

Əqli Mülkiyyət Agentliyinin “Əqli mülkiyyət” jurnalının baş redaktoru Ədalət İsmayılov (Ədalət Mədətoğlu) vəfat edib.

“İki sahil” xəbər verir ki, o, 58 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Ə.Mədətoğlu “Elm”, “İntibah”, “Əlillər”, “Kaspi”, “New Baku Post”, BBC radiosu və digər mətbuat qurumlarında çalışıb. O, 2019-cu ildən “Əqli mülkiyyət” jurnalının baş redaktoru idi.