18 avqust 2026 15:31
133

İqtisadiyyat nazirinin müavini Masallıda vətəndaşların müracitlərini dinləyəcək

Avqustun 20-də iqtisadiyyat nazirinin müavini Azər Bayramov Masallı şəhərində Masallı, Cəlilabad və Yardımlı rayonlarından olan vətəndaşlarla görüşəcək.

“İki sahil” xəbər verir ki, İqtisadiyyat Nazirliyindən bildirilib ki, görüş saat 11:00-dan etibarən Masallı şəhəri, Dadva yaşayış massivi, Masallı Sənaye Məhəlləsinin inzibati binasında keçiriləcək.

Görüşə gəlmək istəyən vətəndaşlar İqtisadiyyat Nazirliyinin rəsmi internet səhifəsində qeydiyyatdan keçməklə və ya “195-1” Çağrı Mərkəzinə zəng etməklə nazirliyin fəaliyyət istiqamətlərinə dair məsələlərlə bağlı müraciət edə bilərlər.