19 avqust 2026 17:03
86

Yeni Günəşlidə içməli su xəttində baş vermiş qəza aradan qaldırılıb

Bakının Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, D yaşayış massivi 29-cu binanın yaxınlığında içməli su xəttində baş vermis qəza 25 dəqiqə ərzində aradan qaldırılıb.

“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə məxsus "İri Şəhərlərin Su Təchizatı" QSC-dən məlumat verilib.

Qeyd edilib ki, adıçəkilən ünvandakı binanın yaxınlığında bu gün saat 08.45-də, diametri 110 mm olan içməli su xəttində qəza baş verməsi haqqında rayon sukanal idarəsinə məlumat daxil olub.

QSC-nin Suraxanı rayon Sukanal İdarəsinin qəza bərpa briqadası operativ olaraq həmin ünvanda 08.55-də işə başlayıb, saat 09.10-da axıntının qarşısı alınıb.

Bildirilib ki, saat 11.45-də su xəttində qəza tam aradan qaldırılıb.