20 avqust 2026 13:29
111

İsmayıllıda yol qəzasında 2 nəfər ölüb

İsmayıllı rayonunda 2 nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib. Hadisə Muğanlı-İsmayıllı avtomobil yolunda qeydə alınıb.

“İki sahil” xəbər verir ki, günorta saatlarında magistral yolda hərəkətdə olan 2 minik avtomobili toqquşub. Qəza nəticəsində avtomobillərdən birində olan 2 nəfər həyatını itirib.