Avqustun 20-də Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti tədarük həyata keçirilib.
“İki sahil” xəbər verir ki, 39 vaqondan ibarət, çəkisi 2725 ton olan buğda Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndərilib.
İndiyədək Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana 44 min tondan çox taxıl, 9 min tonadək gübrə, 1136 ton propan, 133 ton alüminium, 1114 ton kömür və 67 ton taxta göndərilib.
Eyni zamanda, bu günə kimi Azərbaycandan Ermənistana 15 min tonadək dizel yanacağı, 5 min tonadək Aİ-92 və Aİ-95 benzini ixrac olunub.