20 avqust 2026 19:59
95

Kürdəxanıda tikinti materialları olan ərazidə baş verən yanğın söndürülüb

Bakı şəhərinin Sabunçu rayonunun Kürdəxanı qəsəbəsi ərazisində, yol kənarında tikinti materialları olan ərazidə baş verən yanğın söndürülüb.

“İki sahil” xəbər verir ki, bu barədə FHN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın genişlənərək ətrafa yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.