21 avqust 2026 20:02
108

Hərəkət iştirakçılarının nəzərinə!

Aparılacaq təmir işləri ilə əlaqədar Bakı şəhərinin üç ünvanında nəqliyyat vasitələrinin hərəkətinə müvəqqəti məhdudiyyət tətbiq ediləcək.

İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Belə ki:

* Suraxanı rayonu, Günəşli qəsəbəsinin Mürsəl Kazımlı küçəsi — avqustun 21-i saat 19:00-dan;

* Səbail rayonunun Gülüstan küçəsi, Gülüstan Sarayına gedən yol — avqustun 22-si saat 09:00-dan;

* Səbail rayonunun Əlibəyov qardaşları küçəsi — avqustun 22-si saat 09:00-dan müvəqqəti bağlanacaq.

Məhdudiyyət təmir işləri başa çatanadək qüvvədə olacaq.

Sürücülərdən qeyd olunan müddətdə alternativ hərəkət istiqamətlərindən istifadə etmələri və aparılan təmir işlərinə anlayışla yanaşmaları xahiş olunur.