22 avqust 2026 00:18
91

İsa Hüseynov Avropa birinciliyində 3 bürünc medal qazandı

İsa Hüseynov Kosovonun Priştina şəhərində keçirilən U 15 və yeniyetmələrin Avropa birinciliyində 3 bürünc medal qazanıb.

“İki sahil” xəbər verir ki, birdən qaldırma hərəkətində 93 kq çəkini başı üzərinə qaldıran İsa yarışın bürünc mükafatını əldə edib. 60 kq çəki dərəcəsində yarışan Hüseynov təkanla qaldırma növündə 116 kq ağırlığın öhdəsindən gələrək yenə ən güclü üçlüyü tamamlayıb. Beləliklə iki hərəkətin cəmində 209 kq nəticə göstərən İsa Hüseynov toplamda da Avropa birinciliyinin bürünc medalına sahib olub.