22 avqust 2026 02:20
91

Ronaldo yeni mövsümdə qol hesabını açdı

Səudiyyə Ərəbistanı Pro Liqasında ikinci turun oyunları keçirilir. 

“İki sahil” xəbər verir ki, “Əl-Nəsr” səfərdə “Əl-Riyad”ın qonağı olub. “Əl-Nəsr”in ulduzu Kriştianu Ronaldo yeni mövsümdə ilk dəfə meydana çıxıb. İkinci hissədə oyuna qoşulan portuqaliyalı ulduz 2026/27 mövsümündə debütunu qolla qeyd edib. 

“Əl-Riyad” 0-4 “Əl-Nəsr”
Qollar: Amri, 18, Angelo, 45+1, Joao Feliks, 58, Ronaldo, 83

Qeyd edək ki, iki turdan sonra maksimum nəticə göstərən “Əl-Nəsr” “Əl-Hilal” və “Neom”la birgə 6 xalla şərikli liderdir.