Xəzər dənizində zəlzələ baş verib.
“İki sahil” xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.
Bildirilib ki, yerli vaxtla saat 05:05-də qeydə alınan zəlzələnin maqnitudası 3,3 olub.
Zəlzələnin ocağı 62 kilometr dərinlikdə yerləşib.
