22 avqust 2026 15:37
88

Di Maria karyerasını bitirmək istəyir

Tanınmış argentinalı cinah hücumçusu, hazırda ölkəsinin "Rosario Sentral" klubunda çıxış edən Anxel Di Mariya Libertadores Kubokunun 1/8 final mərhələsinin "Korintians"a qarşı cavab oyunundakı (0:1) məğlubiyyətdən sonra karyerasını bitirmək istədiyini açıqlayıb.

“İki sahil” UOL-a istinadən xəbər verir ki, 38 yaşlı vinger ötən ilin yayından çıxış etdiyi "Rosario Sentral" ilə müqaviləsinin müddətini bir neçə gün öncə daha 1 il uzadıb. 

"Transfermarkt" portalı onun transfer qiymətini 1 milyon 800 min avro məbləğində qiymətləndirilir.

Di Mariya daha əvvəl Portuqaliyanın "Benfika", İtaliyanın "Yuventus", Fransanın PSJ, İngiltərənin "Mançester Yunayted" və İspaniyanın "Real Madrid" klublarında top qovub.