22 avqust 2026 16:19
98

Məmmədzadə yeni müqaviləyə imza atdı

"LANDAU Lions" basketbol klubu 19 yaşlı oyunçusu Rəsul Məmmədzadə ilə müqavilə yeniləyib. Rəsul 1 illik sazişə imza atıb.

“İki sahil” xəbər verir ki, məlumatı klubun mətbuat xidməti yayıb.

192 sm boya malik, "shooting guard" mövqeyində çıxış edən gənc basketbolçu ötən ay Azərbaycanın U-20 millisinin heyətində Avropa çempionatının B divizionunda ölkəmizi təmsil edib.

Məmmədzadə ötən mövsüm ölkə çempionatında gümüş medallar qazanan kollektivin heyətində yer alıb.