22 avqust 2026 18:25
100

Kapitan olsa da, sarğı taxa bilməyəcək

“Liverpul”un baş məşqçisi Andoni İraola qapıçı Alisson Bekeri komandanın vitse-kapitanı təyin edib.

“İki sahil” xəbər verir ki, klubun yaydığı məlumata görə, Alisson liderlər qrupunda yer alsa da, qapıçı olduğu üçün kapitan sarğısını taxa bilməyəcək. Baş məşqçinin sözlərinə görə, “Liverpul”da əsas kapitan Vircil van Dayk olacaq. Onun meydanda olmadığı hallarda isə kapitan sarğısını Co Qomes və ya Dominik Soboslai daşıyacaq.

İraola bu qərarın yeni qaydalarla bağlı olduğunu bildirib:

“Alissona izah etdim ki, qapıçı olduğu üçün sarğını taxması mümkün olmayacaq. Yeni qaydalar qapıçının kapitan olması halında müəyyən çətinliklər yaradır. Meydanın digər tərəfində nəsə baş verəndə hakim qərarını kapitana izah etməlidir. Bu isə qapıçı üçün əlavə problemlər yaradır”.

O, Alissonun komanda üçün vacib lider olduğunu da vurğulayıb.