Bu gün Misli Premyer Liqasının 2-cu turu çərçivəsində “Qəbələ” öz meydanında “Şəfa”nı qəbul edib.
“İki sahil”in məlumatına görə, saat 18:30-da başlayan görüşdə yeganə qolu 69-cu dəqiqədə “Şəfa”nın futbolçusu Musa Quel vurub.
Qeyd edək ki, II turun “Sabah” – “Sumqayıt” və “Qarabağ” – “Kəpəz” matçları avrokuboklara görə təxirə salınıb. Tura avqustun 23-də 2 oyunla yekun vurulacaq.
Misli Premyer Liqası:
II tur
22 avqust (şənbə)
18:30. “Qəbələ” 0–1 “Şəfa”
Qol: Musa Quel, 69
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Gülnurə Əkbərzadə, Rəvan Həmzəzadə
VAR: Cavid Cəlilov
AVAR: Kamran Bayramov
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Elçin Məmmədov
Qəbələ şəhər stadionu
Məhərrəm Ağalaroğlu, “İki sahil”