Polşa çempionatında “Piast Qlivitse” - “Legiya” matçı tribunadakı azarkeşin səhhəti ilə bağlı yaranan problem səbəbindən dayandırılıb.
“İki sahil” xəbər verir ki, "Daily Sport" nəşrinin məlumatına görə, Qlivitsedəki şəhər stadionunda keçirilən qarşılaşma zamanı tribunada bir azarkeşin səhhəti pisləşib. Ona tibbi yardım göstərilməsi üçün oyun müvəqqəti olaraq dayandırılıb.
Azarkeşin vəziyyəti və matçın nə vaxt bərpa olunacağı ilə bağlı hazırda əlavə rəsmi məlumat verilməyib.
Qeyd edək ki, “Legiya” ilk 4 turdan sonra 10 xalla turnir cədvəlinin lideridir.