"Napoli" "Çelsi"nin müdafiəçisi Benia Badyaşili heyətinə cəlb edib.
“İki sahil” xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Fransalı futbolçu ilə 1 illik icarə müqaviləsi imzalanıb. İtaliya klubu mövsümün sonunda Badyaşilin transfer hüquqlarını da ala bilər.
Qeyd edək ki, Benua Badyaşil 2023-cü ildən "Çelsi"də çıxış edir. Fransa millisində də çıxış etmiş 25 yaşlı futbolçu London təmsilçisinin heyətində bütün turnirlərdə 16 matçda iştirak edib.