Özbəkistan Xəzərdə vahid operatora malik ayrıca Özbəkistan-Azərbaycan nəqliyyat dəhlizinin yaradılmasında maraqlıdır.
“İki sahil” xəbər verir ki, bu barədə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şuranın 3-cü iclasında bildirib.
"Nəqliyyat nazirlərimizin qarşısında ciddi vəzifələr durur. Orta Dəhlizin inkişafı çərçivəsində Xəzərdə birgə donanmanın işə salınmasını sürətləndirmək lazımdır. Biz bu barədə İlham Heydər oğlu ilə dar tərkibdə də danışmışıq. Biz bu prosesi sürətləndirməliyik. Biz həmçinin Xəzərdə vahid operatora malik ayrıca Özbəkistan-Azərbaycan dəhlizinin yaradılmasında maraqlıyıq", - Mirziyoyev bildirib.
Daşkənddə Azərbaycanın və Özbəkistanın birinci xanımlarının çay masası əsnasında təkbətək görüşü olub
Daşkənddə Azərbaycan-Özbəkistan sənədlərinin imzalanması və mübadiləsi mərasimi olub
Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin təltifolunma mərasimi keçirilib
Mirziyoyev İlham Əliyevin Özbəkistana dövlət səfərinin tarixi əhəmiyyət kəsb etdiyini bildirib
Azərbaycan Prezidentinin Özbəkistana hazırkı dövlət səfəri tarixi əhəmiyyət daşıyır