24 avqust 2026 00:22
108

"Trabzonspor" Fabinyonu istəyir

Türkiyənin "Trabzonspor" klubu Fabinyonu heyətinə qatmaq istəyir.

“İki sahil” xəbər verir ki, informasiyanı insayder Fabritsio Romano yayıb.

Məlumata görə, Qara dəniz təmsilçisi yarımmüdafiəçi ilə bütün şərtlərdə razılığa gəlib.

2 gün içində tibbi müayinədən keçəcəyi gözlənilir. Onun sabah Türkiyəyə gəlməsi ehtimal olunur.

Brazilyalı ulduz ötən mövsüm "Əl-İttihad"da 44 matça çıxaraq, 3 qol vurub və 4 məhsuldar ötürmə edib.

32 yaşlı yarımmüdafiəçi "Real Madrid", "Monako" və "Liverpul" kimi klubların şərəfini qoruyub.