25 avqust 2026 18:35
129

Fəxrəddin Allahverdiyev Avropa birinciliyində 3 gümüş medal qazanıb


Atletimiz Fəxrəddin Allahverdiyev Priştina şəhərində keçirilən U15 və yeniyetmələrin Avropa birinciliyində 3 gümüş medal qazanıb. 85 kq çəki dərəcəsində mübarizə aparan Fəxrəddin, birdən qaldırma hərəkətində 122 kq, təkanla qaldırmada isə 150 kq çəkini ram edərək hər iki növdə gümüş medala yiyələnib. Toplamda 272 kq nəticə göstərən Fəxrəddin Allahverdiyev iki hərəkətin cəmində də Avropa birinciliyinin gümüş mükafatını əldə edib. Beləliklə ağırlıqqaldırma üzrə Azərbaycan yığma komandası Avropa birinciliyini 3 qızıl, 5 gümüş və 7 bürünc, ümumilikdə 15 medalla başa vurub. 
Təbrik edirik!