26 avqust 2026 22:29
131

UEFA dünya çempionatı ilə bağlı qərarını dəyişir

UEFA futbol üzrə dünya çempionatını boykot etmək planından imtina etməyə hazırlaşır.

“İki sahil” xəbər verir ki, “Reuters”in məlumatına görə, UEFA rəsmiləri qarşıdakı günlərdə Monakoda keçiriləcək görüşdə boykotun ləğvi üçün şərtlərin yerinə yetirildiyini açıqlayacaqlar.

Bildirilir ki, UEFA FİFA-dan dünya çempionatı və digər böyük turnirlərin kommersiya hüquqlarının özəl investorlara satılması planının yenidən gündəmə gətirilməyəcəyinə dair təminat alıb. 

Bu qərarın geriyə atılan addım kimi qiymətləndirilmədiyi bildirirlir:

"Bu, UEFA-nın məğlubiyyəti deyil. Əksinə, gənc futbolçuları həyatlarında bəlkə də bir dəfə əldə edə biləcəkləri fürsətdən məhrum etməmək üçün qəbul edilmiş reallıqdır. Dəyişikliklərlə bağlı fəaliyyət və tələblər davam edəcək".