27 avqust 2026 00:15
77

Cüdo üzrə Dünya Çempionatına biletləri indidən əldə et!

Sayılı gün tez keçər — böyük cüdo həyəcanını qaçırma!

“Sayılı gün tez keçər” deyiblər. Ona görə də tələs! Cüdo həvəskarlarını böyük idman həyəcanı gözləyir. 4–11 oktyabr 2026-cı il tarixlərində Bakıda, Milli Gimnastika Arenasında Cüdo üzrə Dünya Çempionatı keçiriləcək.

Dünyanın müxtəlif ölkələrindən ən güclü cüdoçuların mübarizə aparacağı mötəbər yarışın tribunalarında yerini indidən müəyyənləşdir və bu möhtəşəm idman hadisəsini canlı izləmək fürsətini qaçırma!

Cüdonun ən nüfuzlu yarışlarından birinin Bakıda keçirilməsi idmansevərlər üçün əlamətdar hadisə olmaqla yanaşı, yüksək səviyyəli qarşılaşmaları arenadan izləmək imkanı yaradır. Gərgin mübarizə, qələbə sevinci və unudulmaz idman anlarının şahidi olmaq üçün biletlərini elə indi əldə et!

 Biletlər: judo.az


Tarix: 4–11 oktyabr 2026

 Məkan: Milli Gimnastika Arenası, Bakı

Tələs, çünki sayılı gün tez keçər! Cüdo üzrə Dünya Çempionatında sən də yerini al!