28 avqust 2026 11:37
97

Böyük ölkələr bir-birinə etibar etmir, BMT Təhlükəsizlik Şurası isə sülhü təmin etmir - Tokayev

Dünyanın böyük ölkələri artıq bir-birinə etibar etmir, BMT Təhlükəsizlik Şurası (TŞ) isə sülhü təmin etmək missiyasını yerinə yetirməyi dayandırıb.

“İki sahil” TASS-a istinadla xəbər verir ki, bu barədə Qazaxıstan prezidenti Qasım-Jomart Tokayev bəyan edib.

"Dünyada baş verən misilsiz hadisələr qarşısıalınmaz, qeyri-sistematik, xaos xarakterli və çətin proqnozlaşdırılan xarakter daşıyır. Bu kataklizmlər demək olar ki, bütün ölkələri və xalqları öz orbitinə çəkib. Dövlətlər, xüsusən də böyük ölkələr, mahiyyətcə bir-birinə etibar etməyi dayandırıblar ki, bu da BMT və onun institutlarının fəaliyyətinə mənfi təsir göstərib. BMT Təhlükəsizlik Şurası üzərinə qoyulmuş qlobal və regional sülhün, sabitliyin, təhlükəsizliyin təmin edilməsi missiyasını yerinə yetirməyi dayandırıb", — deyə o, Astanada Qazaxıstanın yeni birpalatalı parlamentinin (Qurultay) birinci sessiyasının açılışında bildirib.

Tokayev qeyd edib ki,"bu əlverişsiz fon fonunda regional beynəlxalq təşkilatlar ön plana çıxmağa başlayıb, onların rolu hiss olunacaq dərəcədə artıb.  "Şərti olaraq 'orta dövlətlər' adlandırılan ölkələr dünya arenaında daha çox nəzərə çarpmağa başlayıb. Qazaxıstan da bu kateqoriyalı ölkələrə aid edilib", — deyə prezident qeyd edib.

Onun sözlərinə görə, hazırda süni intellekt sürətlə inkişaf edir və artıq yaxın gələcəkdə nüvə silahının süni intellekt alətləri ilə əvəz olunacağı proqnozu verilib ki, bu da gələcək nəsillər üçün bütün ağır nəticələri ilə birlikdə daxili inkişafda qanunauyğunluqların və məntiqin olmadığını təsdiqləyir.