28 avqust 2026 15:35
111

Çin Ordusunun keçmiş Qərargah rəisi Mərkəzi Hərbi Şuranın tərkibindən çıxarılıb

Ümumçin Xalq Nümayəndələri Yığıncağının Daimi Komitəsi Çin Xalq Azadlıq Ordusunun Birləşmiş Qərargahının keçmiş rəisi Lyo Çjenlini ÇXR Mərkəzi Hərbi Şurasının tərkibindən çıxarıb.

“İki sahil” TASS-a istinadla xəbər verir ki, bu barədə sözügedən orqanın bəyanatında bildirilir.

"Lyo Çjenli Çin Xalq Respublikası Mərkəzi Hərbi Şurasının üzvü vəzifəsindən azad edilsin", - deyə "Xinhua" agentliyinin ÇXR parlamentinin avqustun 28-də iclası başa çatan daimi fəaliyyət gösterən orqanının bəyanatından gətirdiyi çıxarışda qeyd olunur.