28 avqust 2026 22:03
85

Çak Şumer: ABŞ hələ də İranla müharibəyə necə son qoyacağını bilmir

ABŞ administrasiyası hələ də İranla müharibəyə necə son qoyacağını bilmir.

“İki sahil” xəbər verir ki, bu barədə ABŞ Konqresinin Senatındakı demokratik azlığın lideri Çak Şumer "X" sosial şəbəkəsində yazıb.

Şumerin sözlərinə görə, iranlılar Hörmüz boğazını bloklamaqda davam edirlər, benzinin qiyməti rekord həddə çatıb, 18 amerikalı hərbçi isə ölüb.

"Trampın bu fəlakətli müharibəyə necə son qoyacağına dair hələ də strategiyası bir yoxdur", - senator deyib.

O, həmçinin qeyd edib ki, İranla müharibə bütün dünyada sabitliyin pozulmasına səbəb olub.

ABŞ Konqresinin Nümayəndələr Palatasındakı demokratik azlığın lideri Hakim Ceffris isə İranla müharibəni "ağılsız" adlandırıb və ABŞ-ın müharibə naziri Pit Heqsetin işdən çıxarılmasını tələb edib.

"Müharibə başa çatmalı, vergi ödəyicilərinin pulu isə həyatı daha əlçatan etməyə xərclənməlidir", - Ceffris bildirib.