Rusiya Prezidenti Vladimir Putin sentyabrın 1-də Qırğızıstanın paytaxtı Bişkekdə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşəcək.
“İki sahil” xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.
Qeyd olunub ki, liderlərin Qırğızıstanda keçiriləcək görüşü Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Zirvə toplantısı çərçivəsində baş tutacaq.
Görüş zamanı bir sıra məsələlər, o cümlədən Qara dənizdəki vəziyyət və ümumilikdə Ukrayna məsələsi müzakirə olunacaq.
Bununla yanaşı, Türkiyə-Rusiya arasında iqtisadi sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsi məsələləri də nəzərdən keçiriləcək.
Media: “Volkswagen”in Osnabrükdəki zavodunda hərbi təyinatlı avadanlıq istehsal oluna bilər
Finlandiya bələdiyyələri işsizlik səbəbindən xərclərin kəskin artması ilə üzləşib