29 avqust 2026 02:00
83

VII Dünya Köçəri Oyunları 2028-ci ildə Kazanda təşkil ediləcək

VII Dünya Köçəri Oyunları 2028-ci ildə Kazanda keçiriləcək və bu barədə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində elan ediləcək.

“İki sahil” TASS-a istinadla xəbər verir ki, bunu jurnalistlərə Rusiya Federasiyası Prezidentinin köməkçisi Yuri Uşakov söyləyib. O bildirib ki, builki Oyunların açılışından sonra ŞƏT sammitinə gəlmiş nümayəndə heyətləri rəhbərlərinin şərəfinə Qırğızıstan Prezidenti Sadır Japarovun adından nahar yeməyi veriləcək.