29 avqust 2026 08:08
80

Misli Premyer Liqasında 3-cü tur başlayır

Bu gün Misli Premyer Liqasında 3-tura start veriləcək. 

“İki sahil” xəbər verir ki, ilk oyun günündə iki matç keçiriləcək. 

Əvvəlcə “Qəbələ” öz meydanında “Şamaxı”nı qəbul edəcək. 2 turdan sonra xala və qola həsrət olan “Qəbələ” turnir cədvəlində 11-ci, “Şamaxı” isə 1 xalla 7-cidir. 

Digər qarşılaşmada “Şəfa” “İmişli”ni sınağa çəkəcək. Hazırda paytaxt klubu 3 xalla turnir cədvəlində 6-cı, bölgə təmsilçisi isə 1 xalla 8-ci yeri tutur. 

Misli Premyer Liqası

III tur

29 avqust (şənbə)

18:00. “Qəbələ” - “Şamaxı”
Hakimlər:  Nicat İsmayıllı, Rəhman İmami, Şirmamed Mamedov, Ruslan Quliyev
VAR: Elvin Bayramov
AVAR: Rahil Ramazanov
Qəbələ şəhər stadionu

20:15. “Şəfa” - “İmişli”
Hakimlər: 
Tural Qurbanov, Asiman Əzizli, Cəmil Quliyev, İslam Məmmədov
VAR: Cavid Cəlilov
AVAR: Kərim Zeynalov
“SOCAR Polymer Arena”