Böyük Britaniyanın Qərbi Sasseks qraflığında keçirilən “Big Church Festival” xristian musiqi festivalında lövhənin aşması nəticəsində azı bir nəfər ölüb, altı nəfər yaralanıb. Bu barədə “The Independent” qəzeti məlumat yayıb.
“İki sahil” xəbər verir ki, qəzetin yazdığına görə, yerli vaxtla təxminən saat 15:38-də polis əməkdaşları festivalda ziyarətçilərin üzərinə böyük bir lövhənin düşməsi barədə məlumat daxil olduqdan sonra Vaşinqton-roudda yerləşən hadisə yerinə gəliblər. Daha sonra polis hadisə nəticəsində 41 yaşlı kişinin həlak olduğunu, azı altı nəfərin isə yaralandığını təsdiqləyib.
Hadisədən sonra tədbirin təşkilatçıları festivalın ləğv edildiyini bildiriblər.
“The Independent” qeyd edir ki, təşkilatçı şirkətin veb-saytında dərc olunan məlumata əsasən, “Big Church Festival” 2009-cu ildə təsis edilib və Böyük Britaniyanın ən böyük xristian festivalıdır.
Finlandiya Prezidenti Avropa ölkələrini Rusiya ilə dialoqu bərpa etməyə çağırıb
Varşava "Patriot" istehsalının bir hissəsinin Polşaya köçürülməsi barədə ABŞ ilə danışıqlar aparır
Britaniyanın sabiq XİN rəhbəri 2028-ci ildə London meri postu uğrunda mübarizə aparacaq
Türkiyə və Somali hərbçiləri piratlar tərəfindən ələ keçirilmiş gəmini azad edib