01 noyabr 2026 01:10
115

Rubio: Tramp APEC və G20 sammitləri çərçivəsində Putin və Si Cinpinlə görüşmək istəyir

ABŞ Prezidenti Donald Tramp Mayami şəhərinin (Florida ştatı) yaxınlığında keçiriləcək Böyük İyirmiliyin (G20) sammiti və Çinin Şençjen şəhərində baş tutacaq Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı (APEC) sammiti çərçivəsində həm Rusiya lideri Vladimir Putin, həm də Çin Xalq Respublikasının Sədri Si Cinpinlə ikitərəfli görüşlər keçirməyə ümid edir.

“İki sahil” xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio Corciya ştatının Atlanta şəhərində G20-yə üzv ölkələrin xarici işlər nazirlərinin görüşünün yekunlarına dair mətbuat konfransında bildirib.

ABŞ Dövlət Departamentinin rəhbərindən Ukrayna və Tayvan məsələləri ilə bağlı Trampın APEC və G20 sammitləri çərçivəsində müvafiq olaraq Putin və Si Cinpinlə ikitərəfli görüşlərinin keçirilməsi imkanının iclasda müzakirə olunub-olunmadığı soruşulub.

“Şübhəsiz ki, hər iki forum çərçivəsində ikitərəfli görüşlər keçiriləcək. Onlar bu forumlarda iştirak etməklə yanaşı, görüşlər də keçirəcəklər. Əminəm ki, bu məsələni müzakirə etmək üçün görüşəcəyik. Əslində, biz bunu iclasda müzakirə etməmişik. Sadəcə, həm G20 sammitində, həm də APEC-də iştirakın təşkili ilə bağlı qısa söhbətlər oldu. Müzakirəmizin mövzusu bundan ibarət idi”, – deyə Rubio bildirib.