01 noyabr 2026 00:50
114

Folker Türk husilərin əsirliyində olan BMT əməkdaşının öldüyünü açıqlayıb

BMT-nin insan hüquqları üzrə ali komissarı Folker Türk 6 iyun 2024-cü ildən husilərin əsirliyində saxlanılan BMT-nin İnsan Hüquqları İdarəsinin Yəməndəki əməkdaşı Məhəmməd əl-Şaminin öldüyünü açıqlayıb.

“İki sahil” xəbər verir ki, bu, Türk bu barədə "X" sosial şəbəkəsində məlumat paylaşıb.

"Mən uzun illər ərzində husilər tərəfindən qanunsuz olaraq həbsdə saxlanılan yəmənli həmkarımız Məhəmməd əl-Şaminin ölümündən sarsılmışam. Mən onun ölümünün dərhal araşdırılmasına çağırıram. Məhəmmədin ailəsi həqiqəti bilməyə layiqdir", - o yazıb.

BMT-nin saytındakı bəyanatda bildirilib ki, Əl-Şami bir neçə aydır vəfat edib, lakin onun ailəsinə bu barədə yalnız bu yaxınlarda məlumat verilib.