29 avqust 2026 09:39
77

Ekvadorun sabiq prezidenti Moreno korrupsiyaya görə beş il müddətinə azadlıqdan məhrum edilib

Məhkəmə Ekvadorun sabiq prezidenti Lenin Morenonu korrupsiya işi üzrə beş il müddətinə azadlıqdan məhrum edib.

“İki sahil” xəbər verir ki, bu barədə ölkənin Milli Məhkəməsi məlumat yayıb.

“Əməllərin törədildiyi an qüvvədə olan cinayət hüququ normalarına və üstünlük (şəxsin xeyrinə olma) prinsipinə əsasən, Lenin M., Konto P., Sun D., Tsay R. və Yan X. birbaşa icraçılar qismində təqsirli biliniblər və onlar beş il müddətinə azadlıqdan məhrum ediliblər”, - deyə mətndə qeyd olunur.

Məhkəmə, həmçinin məhkumları “alınan vəsaitin iki və üç qatı həcmində” kompensasiya ödəməyə məcbur edib. Bundan əlavə, sabiq prezidentin və keçmiş məmurların dövlət vəzifələri tutması ömürlük qadağan edilib.

Prokurorluq sabiq prezident üçün 6,5 il həbs cəzası istəyib. İttiham tərəfinin versiyasına görə, araşdırma mərkəzində dayanan hadisələr zamanı vitse-prezident vəzifəsini icra edən Moreno və onun əlbirləri 2009-cu ildə Ekvadorun ən böyük “Coca Codo Sinclair” SES-in tikintisi üzrə müqavilə imzalayan “Sinohydro” şirkətindən rüşvət alıblar. Rüşvətin məbləği müqavilə dəyərinin 4 faizini təşkil edib.

Moreno Ekvadora 2017–2021-ci illərdə rəhbərlik edib. 2007–2013-cü illərdə isə o, ölkəyə rəhbərlik edən Rafael Korreanın yanında vitse-prezident vəzifəsini tutub.