29 avqust 2026 10:14
83

"Neftçi SOCAR" Dünya Qadın Seriyasının Takasaki mərhələsində mübarizəyə başlayır

3x3 basketbol üzrə "Neftçi SOCAR" komandası Dünya Qadın Seriyasının Yaponiyada keçirilən Takasaki mərhələsində mübarizəyə başlayır.

“İki sahil” xəbər verir ki, Azərbaycan təmsilçisi B qrupunda mübarizə aparacaq.

"Ağ-qaralar" ilk olaraq Yaponiya yığması ilə, daha sonra yerli "Takasaki" klubu ilə üz-üzə gələcək.

Qrupda ilk iki yeri tutan komandalar 1/4 finala yüksələcəklər.

Xatırladaq ki, 23 mərhələnin nəticələrinə əsasən, "Neftçi SOCAR" 612 xalla üçüncü yerdədir.